FED.az xəbər verir ki, "Optimal Elektronika" MMC Mağaza inzibatçısı (Mebel üzrə/Xaçmaz) üzrə vakansiya elan edir.
Tələblər:
• Elektronika sahəsində mağazanın idarə edilməsi sahəsində azı 1 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın planlanması və planın icrasına dair təcrübə;
• Azərbaycan, rus, ingilis dilini mükəmməl bilməli.
Vəzifələri:
• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsi;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza inzibatçısı (Mebel/Xaçmaz)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
*Müraciətlər yalnız elektron formada qəbul edilir. İşə qəbul üzrə namizədlərin qiymətləndirməsi regional filiallarda aparılmır.
Son tarix: 23.11.2019