Onlayn satış saytlarından paltar almaqda ən böyük çətinlik həmin geyimi əyninizdə görməklə bağlıdır. Başqa sözlə, aldığımız geyimlərin ölçülərini və görünüşünü dəqiq bilmək istəsək də bu hər zman mümkün olmurdu.
FED.az xəbər verir ki, artıq "Amazon" onlayn alış-veriş şirkəti alıçıların bu istəyini də reallaşdırır. GeekWire saytının açıqladığı patent dosyesinə görə, "Amazon" ABŞ-ın Patent və Ticarət Markası Ofisinə müraciət edərək qarışıq şəkilli güzgünü patentləşdirib. Bu güzgü virtual mühitdə yerləşdirməklə istədiyiniz paltarları faktiki olaraq sınamağa imkan verir.
"The Verge" saytının hesabatına görə, patent bu güzgünün qismən əks etdirən və qismən transmissiya kimi təyin edir. Bu sistemdə kompozit təsvirin ortaya çıxması üçün ekranlar, kameralar və proyektorlar qarışığı istifadə edir. Bu xəyali ayna ətraf mühitə virtual bir model çıxarmaq üçün görüntünü tənzimləyir. Bu proses başa çatdıqdan sonra, xəyali paltar və səhnələr xəyali güzgülər vasitəsilə bir reallıq imicini yaratmaq üçün köçürülür.
Beləliklə siz bəyəndiyiniz geyimin əyninizdə neçə göründüyünü virtual olaraq görə bilirsiz.
Onlayn mağazadan aldığınız geyimi əyninizdə görə biləcəksiz - VİDEO
16:27
8 Yan 2018