“Məzuniyyətə göndərilənlərin maaşları növbəti aylarda da ödəniləcək”.
Eləcə də bax: Sahil Babayev 190 manatın vətəndaşlara çatacağı – VAXTI AÇIQLADI
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə dövlətin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan tədbirlər haqda danışıb.
S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün aparılan işləri karantin dövründə davam etdiriləcək:
“Dövlət sektorunda 910 min insanın məşğulluğu tam şəkildə təmin edilib. Baxmayaraq ki, onların böyük əksəriyyəti bu gün işləmirlər. Həyati vacib qurumlardan və orqanlardan başqa qurumlar çox məhdud sayda işçi ilə işləyirlər. Onların əməkdaşları məzuniyyətə buraxılıb, lakin həmin şəxslərin əmək haqqları ödənir. Onların işə çağırılıb-çağırılmamalarından asılı olmayaraq əmək haqqları növbəti aylarda da ödəniləcək”.