Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Sahibkarlıq sahəsində yoxlamaların aparılması daha bir il dayandırıldı - FƏRMAN
FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Sənədə əsasən, ombudsman sahibkarlıq subyektlərinin yol verdiyi insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarının yoxlanılmasını, şikayətlərin araşdırılmasını təklif edib.
Qeyd edilib ki, qanun sahibkarlıq subyektləri tərəfindən əmək hüquqlarının pozulması hallarında məhkəməyədək hüquq müdafiə mexanizmlərinə çıxış imkanlarını məhdudlaşdırdığından insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin edilməsi təklif olunur.