Azərbaycanda özəl sektorda bağlanan əmək müqavilələrinin sayı kəskin artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a bildirilib ki, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.
Eləcə də bax: Əmək müqaviləsi ilə işləyənlər - 90 MİN NƏFƏR ARTIB
Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı 3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb.
Xatırladaq ki, 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb.