FED.az-ın məlumatına görə Nurgun Holding işçi axtarır.
Vakansiya: Marketing meneceri
• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılması
• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Tələblər:
• Ali təhsil;
• Yüksək səviyyədə komputer bilgiləri;
• Rus və ingilis dillərini sərbəst bilməli;
• Yaş həddi 30-35 arası;
• Ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
• Yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;
• Əmək haqqı 600-1000 AZN.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Marketing menecer" yazmaqla [email protected] ünvanına göndərə bilərlər