Gələn il Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı müəyyən edilib.
23,24 mart şənbə və bazar gününə təsadüf edir. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 23 və 24 mart qeyri-iş günləri müvafiq olaraq 18 və 19 mart iş günləri ilə yerləri dəyişdirilir.
Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl 18,19,20,21,22,23,24 mart tarixlərində iş olmayacaq.