Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
FED.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, aprel ayının 26-27-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var.
Onun sözlərinə görə, növbəti iki gündə qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək: "Aprel ayının 26-27-də ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir".