Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova FED.az-a açıqlamasında bildirib ki, iyun ayının 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "İyun ayının 5-i gündüz yağışın tədricən kəsiləcəyi, hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bölgələrdə 27-32 dərəcə isti təşkil edəcək".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Lakin iyunun 5-i günün birinci yarısında qısa müddətli yağış yağacağı ehtimal olunur".
Mütəxəssis qeyd edib ki, növbəti günlərdə ölkə ərazisində şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.