"Növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir".
Bunu FED.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın temperaturu bölgələrdə 30-35, dağlıq ərazilərdə 16-21, Bakıda və Abşeron yarımadasında 28-33 dərəcə isti təşkil edəcək: "Növbəti iki gündə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".
Mütəxəssis qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.