Nizami Kino Mərkəzinin direktoru dəyişib.
"Azərpoçt"un rəhbəri işdən çıxdı - “PAŞA Kapital”a təyinat aldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.
Azərbaycan Kino Agentliyi məlumatı təsdiq edib.
Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.
Məlumat üçün bildirək ki, Əli-səttar Quliyev 2024-cü ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. (Report)













