ABŞ və Cənubi Koreya tədqiqatçıları belə qərara gəliblər ki, xüsusən özgüvəni aşağı olan insanların psixikası, tanışlıq tətbiqlərinə həddindən artıq aludəçiliyə görə, əziyyət çəkə bilər. FED.az TED.az istinadən verdiyi məlumata görə, alimlər hesab edirlər ki, bu cür vaxt keçirmə azart oyunlarda olduğu kimi insanı daha az məmnun edə bilər və bununla yanaşı, asılılıq yaradar.
Maraqlıdır ki, tanışlıq saytları və azart oyunlar arasında gözlənilməz oxşarlıq tapılıb. Mütəxəssislər 269 tələbənin iştirak etdiyi sorğu keçirərək belə nəticəyə gəliblər ki, tanışlıq tətbiqlərindən tez-tez istifadə, hətta psixoloji səviyyədə şans oyunu kimi qəbul olunur. Buna baxmayaraq, özünə hörməti aşağı olan insanlar üçün bu cür vaxt keçirməyin heç bir xeyri yoxdur. Özünə inamsız istifadəçilər üçün bu, məcburi vərdişə çevrilir. Onlar tanışlıq tətbiqlərindən nə qədər çox istifadə etsələr, bir o qədər özlərini tənha hiss edirlər, lakin buna baxmayaraq, yenə də bu tətbiqlər vasitəsilə daha fəal tərəf müqabili axtarmaqda davam edirlər. Yeni elmi işin müəllifləri güman edirlər ki, bütün bunlar psixi problemlərin yaranmasına səbəb ola bilər.
Alimlər, həmçinin müəyyən ediblər ki, özgüvənli insanlar isə əksinə internetin bu məqsədə çatmaqda zəif olduğunu gördükdə, tərəf müqabilini axtarmaq üçün bu tətbiqlərdən başqa, digər axtarış üsullarına daha tez keçirlər.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, həqiqətən, çoxlarına bu tətbiqlər axtardıqları insanı tapmaqda çox böyük kömək olub. ABŞ-da keçirilən sorğulardan məlum olub ki, cütlüklərin üçdə biri tərəf müqabillərini məhz internet vasitəsilə tapıb. Onların çoxu isə rəsmi nikahdadırlar.