FED.az xəbər verir ki, Nikoil Bank Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi/aparıcı mütəxəssisi axtarır.
Əsas vəzifələri:
• Xml formatında hesabatların tərtibi;
• Xarici müxbir banklar tərəfindən daxil olan sorğuların cavablandırılması;
• Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsi;
• CRS və FATCA hesabatlarının hazırlanması;
• Verilən digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər:
• Ali təhsil;
• Yaş həddi 22-30;
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu haqqında biliklərin olması;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Kompüterdən istifadə etmək bacarığı , “MS Office”;
• XML üzrə biliklərin olması arzuolunandır;
• Bank əməliyyatları (müxabirləşmələr) haqqında anlayışın olması;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• CRS və FATCA haqqında ümumi anlayışın olması;
• Verilmiş tapşırıqları vaxtında yerinə yetirmek bacarığı;
• Azərbaycan, Rus, İngilis dilində sərbəst danışmaq bacarığı;
• AML (Compliance) sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (AML üzrə mütəxəssis/aparıcı mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.