“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”.
Eləcə də bax: Bəzi hallarda 190 manat düzgün odənilməyıb - HESABLAMA PALATASI
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı deyib.
Sədr müavini bildirib ki, pandemiya dövründə 6 dəfə vətəndaşlara 190 manat birdəfəlik ödənişlər edilib:
“Hazırda ölkədə vəziyyət normala düşdüyündən ödəmənin verilməsi dayandırılıb. Birdəfəlik ödənişin yenidən verilməsi Nazirlər Kabinetinin qəbul edəcəyi qərardır”. (Report)