Sabah, mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə mənzillər təqdim ediləcək.
FED.az xəbərinə görə, mənzillərin təqdimetmə mərasimi Suraxanı rayonunun Ramana qəsəbəsində (keçmiş məcburi köçkünlər üçün binalar, Şuşa şəhərciyi) baş tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi ev verilib.