Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.
Müharibə veteranlarına və ailə üzvlərinə hansı vergi güzəştləri - TƏTBİQ OLUNUR?
FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir: "Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər". (Apa)