Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkədə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.
DSMF-nin pensiya ödənişləri üzrə bank xərcləri 41 milyon manata yaxın olacaq
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin məlumatına görə, belə ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat və ya 9,3 faiz çox olmaqla 8,323 milyard manat olması nəzərdə tutulur.
DSMF-nin növbəti ildə xərclərinin isə 8,483 milyard manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8,196 milyard manatı və ya 96,6 faizi əhaliyə ödənişlərə yönəldiləcək.
Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1,534 milyard manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək. Növbəti ildə əhaliyə ödəniləcək vəsaitin 7,993 milyard manatının pensiya, 203,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət üzrə xərclərə yönəldilməsi nəzərdə tutulur.
Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir.













