Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər alıb. Mənzillər 5 şirkət və 2 fiziki şəxsdən alınıb.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Göy Qurşağı-Məmmədli" MTK, "Unistone" MMC, "Saray-H" MTK, "Bakı Mexanikləşdirmə-1" ASC, "Evro İnşaat" MTK, fiziki şəxs Natiq Allahverdi oğlu Əliyev və fiziki şəxs Asif Akif oğlu Əsədzadə arasında müvafiq satınalma müqavilələri bağlanıb.
Eləcə də bax: İlham Əliyev: "Ev almayan şəhid ailəsi qalmayacaq"
Nazirlik "UNİSTONE" MMC-yə 955 min 260 manat, "Bakı Mexanikləşdirmə-1" ASC-yə 10 milyon 583 min manat, "EVRO İnşaat" MTK-ya 1 milyon 223 min manat, Fiziki şəxs Əliyev Natiq Allahverdi oğluna 936 min 675 manat, Fiziki şəxs Əsədzadə Akif Asif oğluna 936 min 456 manat ödəyəcək.
"Göy Qurşağı-Məmmədli" MTK və "Saray-H" MTK ilə bağlanılmış müqavilələrin məbləğləri açıqlanmayıb.
“Bakı Mexanikləşdirmə-1” ASC Bakının Xətai və Nərimanov rayonları ərazisində yaşayış binaları tikir.
Marja