Bu gün ünvanlı sosial yardımın orta məbləği təxminən 450 manatdır.
Baş Prokurorluqdan ünvanlı sosial yardımla bağlı vətəndaşlara - MÜRACİƏT
FED.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir deyib ki, ünvanlı sosial yardımla bağlı qaydalar sadələşdirilib.
“Nəzərə almalıyıq ki, ünvanlı sosial yardım passiv alətdir. Lakin tələb əhalini aktiv əlatlərlə təmin etməkdir”- deyə o qeyd edib.
Nazir vətəndaşlara çağırış edərək bildirib ki, ünvanlı sosial yardımın düzəldilməsi tamamilə elektron qaydada həyata keçirilir, buna görə kimlərinsə onlara yardım adı ilə aldatmasına imkan verməsinlər. (Apa)