Ünvanlı sosial yardımın çox ciddi şəkildə əhatə dairəsi artırılıb. Bu gün bu rəqəm 300 min insana yaxınlaşıb. Aylıq ödəniş isə bayaq qeyd etdiyim kimi, 500 manatın bir az altındadır.
“Pensiya yaşının 50-55-ə endirilməsini istəyənlər fərqində deyillər ki...”
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə keçirilən Əmək və sosial siyasət komitəsinin “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında bildirib.
“Yəni yaşayış minimumu ölkədə 246 manatdır. Onun ikiqatı məbləğində ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi yaradılıb. Bu rəqəmi artırmaq olar, onun ölçüsü yoxdur. Əhalinin 100 faizinə də vermək olar. Bunun sonu nə ilə nəticələnəcək? Əhalini hara aparacaq? Bütün dünyada aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca aktiv məşğulluq azalır. Bu da beş il, on il sonrası ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Ona görə də bu məsələdə düşünürük ki, Azərbaycanın konservativ yanaşması davam etməlidir”,- deyə nazir qeyd edib. (Trend)