Beş və daha çox övladı olan şəxslərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulur.
Azərbaycanda hərbçilərin pensiya yaşı - ARTIRILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, qurumun ümumi siyasətində bu kateqoriyadan şəxslərə daim dəstək verilməsi planlaşdırılır: “Eyni zamanda, prezident müavinətləri, digər istiqamətlər üzrə də artımlar həyata keçirilir.
Postmüharibə dövrünü götürsək, şəhid ailələrinə, müharibə əlillərinə edilən ödənişlər son 3 ildə 3 dəfəyədək artırılıb. Bu gün şəhid ailə üzvlərinin orta aylııq pensiyası 1300 manatdan yuxarıdır.
Müharibə əlillərinin aldığı pensiyanın, təqaüdün orta məbləği isə 750 manatdan yuxarıdır. Növbəti ildə isə bu orta məbləğ 800 manata çatacaq”. (Apa)