Bu gün biz tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb. Yəni, bundan böyük sosial rifah göstəricisi təsəvvür edə bilmirəm. Orta aylıq əməkhaqqında 82 faiz artımlar əldə olunub. Sosial ödənişlərlə bağlı islahatlarımız ardıcıl xarakter daşıyır.
Gələn il üçün yaşayış minimumu 285 manat olacaq
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, əmək pensiyaları sahəsində də geniş islahatlarımız olub.
"Bu islahatlar həm pensiyaların məbləğlərinin, yəni, minimum pensiya məbləğinin, orta pensiya məbləğinin artırılmasına yönələn islahatlar olub. Eyni zamanda burada inzibatçılığın təkmilləşdirilməsinə yönələn islahatlar olub. Pensiya sisteminin, sığorta pensiya sisteminin əhatə dairəsinin böyüməsinə yönələn islahatlar olub. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımın orta məbləği 2,7 dəfə artıb və bu proqramın həyata keçirilməsinə büdcədə artımla vəsait nəzərdə tutulub". (Trend)