"Bu il ərzində şəhid ailələri və müharibə əlillərinə ümumilikdə 1 500 mənzilin verilməsi nəzərdə tutulur".
Eləcə də bax: Qayıdış zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar - Yeni Mənzillərə Köçürüləcək
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid və müharibə əlillərinə növbəti mənzillərin təqdim edilməsi zamanı bildirib.
Qeyd edək ki, bu gün daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3 200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin olunub. (Report)