Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32 faizinin ixtisası var.
FED.az xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarından istifadə olunması" adlı konfransda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, iş axtaran şəxslərin peşə təhsilinin əmək bazarının hazırkı tələblərinə uyğun gəlməməsi işsizliyin səbəblərindən biridir.