"Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər da ardıcıl şəkildə həyata keçirilir".
“Bu yolla müharibə iştirakçılarına verilən müavinətlər arta bilər” - VİDEO
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
“Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumat olacaq”, - nazir əlavə edib.
Xatırladaq ki, Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarının artırılmasını təklif edib. (Report)