Son bir ildə Naxçıvan Muxtar Respublikasının rayonlarında 1600 nəfərdən artıq şəxs iş yerini itirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumilikdə son bir ildə Naxçıvan Muxtar Respublikasında əmək müqaviləsi ilə rəsmi işləyənlərin sayında təqribən 1000 nəfər artım var. Amma bu artım yalnız Naxçıvan şəhərinin payına düşüb. Rayonlarda isə işləyənlərin sayı azalıb.
Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yarısının yekununda Naxçıvan Muxtar Respublikasında işləyənlərin sayı 60 565 nəfər olub. Bu bir il əvvəlki 59 495 nəfərlə müqayisədə 1070 nəfər və ya təxminən 1,8% artıqdır.
Bu dövrdə Muxtar Respublikada işçilərin sayının artımı yalnız Naxçıvan şəhərində qeydə alınıb, digər rayonlarda işləyənlərin sayında azalma baş verib.
Belə ki, Naxçıvan şəhərində işləyənlərin sayı 33 277 nəfər olub – bu bir il əvvəllə müqayisədə 2679 nəfr və ya 8,7% artıqdır.
Digər rayonlarda isə işçilərin ixtisarı baş verib.
Belə ki, Babək rayonunda işləyənlərin sayı 326 nəfər və ya təqribən 5% azalaraq 6359 nəfərə enib.
Culfa rayonu, işləyənlərin sayı 242 nəfər və ya 6,2% azalaraq 3675 nəfər olub.
Say baxımından ən böyük azalma Şərurda baş verib, burada əmək müqaviləsi ilə rəsmi işləyənlərin sayı 354 nəfər və ya 4,6% azalaraq 7357 nəfərə enib. Faiz nisbətində in böyük azalma isə Sədərəkdə qeydə alınıb – burada ötən il işləyən 1252 nəfərdən 179-u və ya 14%-i işini itirərək 1073 nəfərə enib.
Kəngərli rayonunda işini itirənlər 122 nəfər və ya 4,5% olub, işləyənlərin sayı 2568 nəfərə enib. Ordubad rayonunda azalma 284 nəfər və ya 7,3% təşkil edib. Şahbuz rayonunda isə işləyənlərin sayı 102 nəfər azalaraq 2763 nəfərdən 2661 nəfərə enib.
2025 / 2024 / dəyişiklik
Naxçıvan Muxtar Respublikası 60 565 nəfər / 59 495 nəfər / +1,8%
o cümlədən:
Naxçıvan şəhəri 33 277 nəfər / 30 598 nəfər / +8,8 + 2 679 nəfər
Babək rayonu 6 359 nəfər / 6 685 nəfər / -4,9% / – 326 nəfər
Culfa rayonu 3 675 nəfər / 3 917 nəfər / -6,2% / – 242 nəfər
Kəngərli rayonu 2 568 nəfər / 2 690 nəfər / -4,5% / – 122 nəfər
Ordubad rayonu 3 595 nəfər / 3 879 nəfər / -7,3% / – 284 nəfər
Sədərək rayonu 1 073 nəfər / 1 252 nəfər / – 14,3% / – 179 nəfər
Şahbuz rayonu 2 661 nəfər / 2 763 nəfər / - 3,7% / 102 nəfər
Şərur rayonu 7 357 nəfər / 7 711 nəfər / -4,6% / - 354 nəfər












