Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 559,6 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda hüquq-mühafizə işçiləri və hakimlərin maaşları - ARTIRILACAQ
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 553,8 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub. (Apa)