Naxçıvan MR-nın İşsizlikdən Sığorta Fondu işsiz vətəndaşların işə qəbul edilməsi üçün bir sıra güzəştlər tətbiq edəcək.
Naxçıvanda daha bir vəzifəli şəxs vəzifəsindən - AZAD EDİLİB
FED.az xəbər verir ki, bunu Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasında muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişik edilməsi ilə bağlı aparılan müzakirələr zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, işsiz vətəndaşlar işə qəbul edilərkən 1 il ərzində əməkhaqqının 50 %-ni Fond ödəyəcək: "Bu da sahibkarların daha çox işçi qəbul etməsinə dəstək olacaq. Bununla bağlı işəgötürənlərin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək".
Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirilir. (Report)