2024-cü ilin 1 yanvar vəziyyətinə Naxçıvan Muxtar Respublikasında işçilərin sayı 59,6 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İşçi sayı son bir ildə 50,6 min nəfər və ya 46% aşağı düşüb. Ümumiyyətlə, Muxtar Respublikanın rayonları içərisində ən az işçi sayı və ən çox say azalması Sədərək rayonunda olub. Sədərək rayonunda muzdlu işçilərin sayı son bir ildə 3,2 dəfə azalaraq 3,4 min nəfərdən 1,3 min nəfərə düşüb. Hesabat dövründə ən çox işçi sayı Naxçıvan şəhərində ( 30,6 min nəfər) olub.
İşləyənlərin sayının ən az azalmanın baş verdiyi rayon Babək rayonu (38% azalma) olub.
S/n |
Rayonlar |
2024-cü il 1 yanvar vəziyyəti |
2023-cü il 1 yanvar vəziyyəti |
İllik müqayisə |
İllik müqayisə (%) |
|
Naxçıvan Muxtar Respublikası |
59 612 |
110 261 |
-50 649 |
-46% |
1 |
Sədərək rayonu |
1 315 |
3 400 |
-2 085 |
-61% (3,2 dəfə) |
2 |
Ordubad rayonu |
3 935 |
8 007 |
-4 072 |
-51% (2 dəfə) |
3 |
Culfa rayonu |
3 905 |
7 524 |
-3 619 |
-48% |
4 |
Naxçıvan şəhəri |
30 624 |
56 747 |
-26 123 |
-46% |
5 |
Şərur rayonu |
7 856 |
14 507 |
-6 651 |
-46% |
6 |
Şahbuz rayonu |
2 750 |
4 907 |
-2 157 |
-44% |
7 |
Kəngərli rayonu |
2 764 |
4 753 |
-1 989 |
-42% |
8 |
Babək rayonu |
6 463 |
10 416 |
-3 953 |
-38% |
Muxtar Respublikada muzdlu işçilərin 36,4 min nəfəri dövlət sektorunda sektorunda çalışanlar olub. Bu sektorda işləyənlərin sayı son bir il ərzində 3% azalıb.
Hesabat dövründə ən çox işçi sayı 16,6 min nəfərlə Naxçıvan şəhərində ən az sayı isə 841 nəfərlə Sədərək rayonunda olub.
Bununla yanaşı muzdlu işçilərin sayında ən çox azalma Sədərək rayonunda (15%), ən az azalma isə Şərur rayonunda (2%) olub. Naxçıvan şəhərində dövlət sektorunda çalışanların sayı 55 nəfər artıb.
S/n |
Rayonlar |
2024-cü il 1 yanvar vəziyyəti |
2023-cü il 1 yanvar vəziyyəti |
İllik müqayisə |
İllik müqayisə (%) |
|
Naxçıvan Muxtar Respublikası |
36 422 |
37 616 |
-1 194 |
-3% |
1 |
Sədərək rayonu |
841 |
987 |
-146 |
-15% |
2 |
Ordubad rayonu |
2 748 |
3 122 |
-374 |
-12% |
3 |
Kəngərli rayonu |
1 798 |
2 000 |
-202 |
-10% |
4 |
Şahbuz rayonu |
2 132 |
2 255 |
-123 |
-5% |
5 |
Culfa rayonu |
2 788 |
2 900 |
-112 |
-4% |
6 |
Babək rayonu |
3 942 |
4 093 |
-151 |
-4% |
7 |
Şərur rayonu |
5 528 |
5 669 |
-141 |
-2% |
8 |
Naxçıvan şəhəri |
16 645 |
16 590 |
55 |
0% |
Bu dövrdə özəl şirkətlərdə işləyənlərin sayı 23,2 min nəfərə yaxın olub ki, bu da illik müqayisədə 3,1 dəfə azalma deməkdir. Özəl sahədə işləyənlərin ən çoxu Naxçıvan şəhərində (14 min nəfər), ən azı isə Sədərək rayonunda (474 nəfər) olub.
Özəl sektorda işləyənlərin sayı Muxtar Respublikanın bütün rayonlarında kəskin şəkildə azalıb.
Ən kəskin eniş 5,1 dəfə azalma ilə Sədərək rayonunda, ən az eniş isə 2,5 dəfə azalma ilə Babək rayonunda baş verib.
S/n |
Rayonlar |
2024-cü il 1 yanvar vəziyyəti |
2023-cü il 1 yanvar vəziyyəti |
İllik müqayisə |
İllik müqayisə (%) |
|
Naxçıvan Muxtar Respublikası |
23 190 |
72 645 |
-49 455 |
-68% (3,1 dəfə) |
1 |
Sədərək rayonu |
474 |
2 413 |
-1 939 |
-80% (5,1 dəfə) |
2 |
Şahbuz rayonu |
618 |
2 652 |
-2 034 |
-77% (4,3 dəfə) |
3 |
Culfa rayonu |
1 117 |
4 624 |
-3 507 |
-76% (4,1 dəfə) |
4 |
Ordubad rayonu |
1 187 |
4 885 |
-3 698 |
-76% (4,1 dəfə) |
5 |
Şərur rayonu |
2 328 |
8 838 |
-6 510 |
-74% (3,8 dəfə) |
6 |
Naxçıvan şəhəri |
13 979 |
40 157 |
-26 178 |
-65% (2,9 dəfə) |
7 |
Kəngərli rayonu |
966 |
2 753 |
-1 787 |
-65% (2,8 dəfə) |
8 |
Babək rayonu |
2 521 |
6 323 |
-3 802 |
-60% (2,5 dəfə) |