2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 3535,3 manat, qeyri-neft-qaz sektorunda 775,3 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774,9 manat, özəl müəssisələrdə isə 886,9 manatdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.