2021-2024-cü illər ərzində büdcəmizdə sosial xərclər 6 milyard manata yaxın artıb.
Gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, inflyasiya gələn il 5,3 % nəzərdə tutulur: “İnflyasiyanın, əsas da ərzaq inflyasiyasının bazara təsirləri barədə düşünməliyik. Aztəminatlı ailələrin sosial müdafiəsinin güclənməsi üçün tədbirlər görməyə ehtiyac yaranacaq. Sosial ödənişlərin artırılmasında ərzaq inflyasiyası nəzərə alınmalıdır. Ərzaq inflyasiyası birbaşa aztəminatlı ailələrə təsir edir”. (Apa)