İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib. Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır.
Azərbaycanda maaşların ən çox artdığı - 15 RAYON/ŞƏHƏR - SİYAHI
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.
Bildirilib ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3,387,1 milyon manatdan 190 milyon manat artırılaraq 3,577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda, əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artırılması təklif olunur.
Komitə sədri deyib ki, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30 min manat artırılıb. Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6,949,860 min manat təşkil edəcək. (Azərtac)