Azərbaycanda işsiz kimi rəsmi qeydiyyatda olan və əmək müqaviləsi ilə işləyənlərlə yanaşı, indiyədək işsiz kimi qeydiyyata düşməyən və əmək müqaviləsi olmadan işləyənlərə də dövlət dəstəyi veriləcək.
Eləcə də bax: "Dövlət həm muzdlu, həm də çalışmayanlara" - YARDIM GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, bununla bağlı parlamentdə təkliflər paketi hazırlanıb.
Eləcə də bax: Dövlət adambaşına nə qədər - ÖDƏNİŞ EDƏCƏK? - MƏBLƏĞLƏR
Millət vəkili Vüqar Bayramov bildirib ki, qeyri-leqal sektorda çalışan, yəni əmək müqaviləsi olmayan, işsiz kimi qeydiyyatdan keçməyən, amma pandemiyaya görə, artıq işləyə bilməyən vətəndaşlarla bağlı da dəstək paketi hazırlanıb: «Təklif ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən elektron qeydiyyat mexanizmi hazırlanıb təqdim olunsun. İndiyədək müqaviləsiz çalışan vətəndaşlar da həmin portal vasitəsilə qeydiyyatdan keçə bilsinlər.
Eləcə də bax: Azərbaycanda 300 min muzdlu işçiyə kompensasiya veriləcək - MƏBLƏĞ DƏQİQLƏŞDİ
Nazirlik plastik kartları həmin vətəndaşlara poçt vasitəsilə çatdıra bilər. Və təklif edirik ki, həmin vətəndaşlara da aprel-may aylarında ayda 190 manatın ödənilməsi məqsədəuyğun olardı. Bu imkan verəcək ki, həmin şəxslər də bu dövrdə dövlət dəstəyindən yararlana bilsinlər».
Xatırladaq ki, bir qədər əvvəl Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına əsasən rəsmi qeydiyyatdan keçən işsizlərə 190 manat (200 min nəfər) ödəniş elidəcək, bundan başqa, daha 50 min nəfər ayda 300 manat maaşla 2 aylıq müddətə ictimai işlərə cəlb olunacaqlar.