Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.
Eləcə də bax: Naxçıvanda müharibə əlillərinə ev tikintisi pul ayrılıb - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (Apa)