Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamdan sonra müəllimlərin əmək haqqı 20% artıb.
FED.az xəbər verir ki, Kamran Əsədov sərəncamdan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının necə dəyişəcəyi ilə bağlı statistikanı təqdim edib:
Pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi), 77 manat artdı.
Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi), 83 manat artdı.
Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi), 87 manat artdı.
Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi), 93 manat artdı.
Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi), 99 manat artdı.
Müəllimlərin əmək haqqına təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır.
Yuxarıda sadalananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. "Əməkdar” fəxri adında 100 manat, "xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.