Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib.
Cari ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.