Koronavirus infeksiyasına qarşı peyvənd olunmuş moskvalılar arasında bir otaqlı mənzillərin ilk tirajı çərşənbə günü "Moskva-24" telekanalında canlı yayımda keçirilib. Ümumilikdə, iki mənzil lotereyada oynanılıb.
Eləcə də bax: Rusiyada koronavirusa görə kütləvi tətil - ELAN OLUNUR
FED.az xəbər verir ki, proqram iştirakçıları lotoreyanı "Peyvənd sağlamlığın açarıdır!" şuarı ilə keçirir. Lotoreyada Oktyabrın 18-dən 25-dək peyvəndin ilk dozasını almış 18 yaşdan yuxarı təxminən 140 min Rusiya Federasiyası vətəndaşı iştirak edib.
Lotereya qalibləri təsadüfi nömrələr generatoru vasitəsilə seçilib.
Ümumilikdə oktyabrın 18-dən noyabrın 21-dək peyvənd olunmuş moskvalılar arasında 10 mənzil oynanılacaq.
Moskva meri Sergey Sobyanin ümid etdiyini bildirib ki, bu, COVID-19-a qarşı peyvəndi vurdurmaq üçün əlavə stimul olacaq. (Marja)