FED.az xəbər verir ki, Modenis LLC Aparıcı Proqramçı axtarır.
İş şəraiti :
1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə təyin olunacaqdır
4. İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş rejimi
5. Tibbi sığorta.
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Ən azı 2 il iş təcrübəsi;
• Proqramlaşdırma bilikləri üzrə:
Tələb olunur: C#, .NET, ASP.NET, MVC, HTML5, JavaScript, XML, CSS, JSON
Üstünlük verilir: Java, PHP, JQuery.
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• RDBMS, SQL bilikləri;
• Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
Vəzifə öhdəlikləri:
• Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı;
• Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Terminal interfeysinin tərtibi və işə salınması
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
• Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması və optimizasiyası.
• Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Windows, Web və Mobil API işləmələri.
• Ödəmə sisteminin analizi və problemlərin həlli
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz. Göndərilən CV lər mütləq şəkillə olmalı və mövzu adı yerində “Aparıçı Proqramçı“ yazılmalıdır.