“Kaspersky Lab” şirkətinin mütəxəssisləri mobil cihazlar vasitəsilə istifadəçilərin söhbətlərinə gizlicə qulaq asan güclü casus proqram təminatı aşkar edib.
FED.az xəbər verir ki, “Skygofree” adını alan zərərli implant ən azından 2014-cü ildən aktivdir və özündə əvvəllər mobil cihazlara yönəlmiş zəzərvericilər arasında rast gəlməyən bəzi funksiyaları birləşdirir. Məsələn, “Skygofree” söhbətlərə “gizlicə qulaq asmağı” və devays cinayətkarlara lazım olduğu müəyyən bir yerdə meydana çıxan kimi səsləri tutmağı bacarır.
Bundan başqa, o, “WhatsApp” messencerindən məlumatları oğurlamağa və cihazı hücum edənlərin nəzarətində olan “Wi-Fi” şəbəkəsinə qoşmağa qadirdir. Mütəxəssislər sözügedən zərərverici proqram təminatında ümumiyyətlə 48 müxtəlif funksiya aşkar ediblər.
Eyni zamanda, “Skygofree” foto və video çəkməyi, telefon zənglərini və SMS-ləri ələ keçirməyi, həmçinin lokasiya və kalendarda qeyd olunmuş hadisələr haqqında məlumatları toplamağı bacarır. Bu casus proqram təminatında hətta dünyanın aparıcı mobil cihazlar istehsalçılarının biri tərəfindən hazırlanan enerjiyə qənaət texnolohiyasını aldadan xüsusi funksiya da mövcuddur: implant özünü müdafiə olunmuş əlavələr siyahısına daxil edir ki, ekran söndürülən zaman onun fəaliyyəti avtomatik olaraq dayanmır.
“Skygofree” ilk növbədə mobil cihazlara yönəlməsinə baxmayaraq, tədqiqatlar onun “Windows” platforması üçün də nəzərdə tutulmuş bir neçə modulunu aşkar ediblər.
Sözügedən zərərverici proqram təminatı aparıcı mobil operatorların internet saytlarını təqlid edən veb-səhifələr vasitəsilə yayılır. “Kaspersky Lab”ın məlumatına əsasən, hazırda “Skygofree”nin bir neçə qurbanı müəyyən edilib ki, onların hamısı İtaliya ərazisindədir.
Mobil telefonlarda casus proqramı tapıldı: 48 funksiyası var
09:37
19 Yan 2018