Azərbaycanda İKT-nin inkişafının ilk dövrlərində ölkəmizdə fəaliyyət göstərən şirkətlər əcnəbi mütəxəssislərlə əməkdaşlıq edir, onların əməyindən faydalanırdılar. Lakin zaman keçdikcə həmin əcnəbiləri yerli mütəxəssislər əvəz etməyə başladı.
Bu şirkətlərə Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da daxildir. Belə ki, yarandığı ilk günlərdə mobil operatorlarda əcnəbi mütəxəssislərin sayı kifayət qədər olsa da, artıq onların sayı kəskin azalıb.
FED.az ölkədə fəaliyyət göstərən mobil operatorlarda çalışan əcnəbilərin sayı ilə bağlı araşdırmanı təqdim edir.
"Azercell Telekom" MMC
Şirkət 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilib. Hazırda mobil operatorda 3 əcnəbi fəaliyyət göstərir. Onlardan biri baş icraçı direktor Nikolai Beckersdir.
Bundan başqa, şirkətin digər əcnəbi əməkdaşı baş marketinq direktoru Todor Dimitrovskidir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Hal-hazırda şirkətdə çalışan əcnəbi yalnız baş icraçı direktor Qunnar Pankedir.