Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçular təminat xərcliyinin 60 faizini pensiya kimi alır.
Azərbaycanda hansı hərbçilərin pensiya yaşının artırılacağı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanışda deyilib.
Qeyd edilib ki, yeni qanun layihələri qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqlar, bununla da pensiya təminatında hər hansı azalma olmayacaq.