Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əməkhaqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əməkhaqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər olacaq.
Minimum əmək haqqındakı artım - KİMLƏRİN MAAŞLARINI ARTIRACAQ? – MİLLƏT VƏKİLİ AÇIQLADI
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əməkhaqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial faizlərin müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı:
"Belə ki, faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu, nəticədə minimum əməkhaqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər", - V.Bayramov əlavə edib.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğləri aşağıdakı kimidir.
Bakı şəhəri üzrə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172.5 manat
Digər sahələrdə çalışan sahibkalrar- 86.25 manat
Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 155.25 manat
Digər sahələrdə çalışan sahibkalrar- 77.62 manat
Digər şəhərlərdə çalışanlar üçün:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138.0 manat
Digər sahələrdə çalışan sahibkalrar- 69.0 manat
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 103.5 manat
Digər sahələrdə çalışan sahibkalrar- 51.75 manat
Kənd yerlərində:
Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 86.25
Digər sahələrdə çalışan sahibkalrar- 43.12 manat
Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq.
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 17.25 manat
Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 17.25 manat
Çəkməçi, pinəçi – 10.35 manat
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – 10.35 manat
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – 10.35 manat
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat (Trend)