Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Azərbaycanda vaxtından tez və ya gec pensiyaya çıxma sistemi - TƏTBİQ EDİLƏCƏK
FED.az xəbər verir ki, layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.
Qanun layihəsi deputatların müzakirəsindən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.