Hazır yemək, salat, şirniyyat
Müştərilər marketin daxilindəki «Xonça» un məmulatları bölməsindən müxtəlif növ şirniyyat və bulkular, tortlar və s. əldə edə biləcəklər. Ekspress filialında müştərilərə hazır yeməklər, salatlar, dönər, burger və digər hazır qidalar təklif olunur.
Endirim kampaniyaları
Marketin açılışı ilə əlaqədar müştərilər üçün endirim və kampaniyalar da keçirilib. 12-13-14 yanvar tarixində qüvvədə olan endirimlər hazır yeməklərə, şirniyyatlara və digər məhsullara aid olub.
Qeyd edək ki, dünya brendi olan SPAR Supermarketlər şəbəkəsi ölkəmizdə 2015-ci ildən fəaliyyət göstərir. Şəbəkə yüksək keyfiyyəti ilə yanaşı, sərfəli qiymətləri ilə də seçilir.

