Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi əsasında verilən aktivləri satanlara xəbərdarlıq edib.
Eləcə də bax: Özəl şirkətlərdə işləyən 650 nəfərin maaşını - DÖVLƏT ÖDƏYİR - YENİLİK
FED.az xəbər verir ki, Agentliyin İdarə heyətinin sədr müavini Nihad Muxtarlı “Sosial saat” verilişində deyib ki, həmin şəxslər məhkəməyə veriləcək:
“Bu il bununla bağlı məhkəmə proseslərimiz həyata keçiriləcək. Bəzi regionlarda vətəndaşlarla bağlı neqativ hallarla rastlaşırıq. Vətəndaşlar bəzən özünüməşğulluq dəstək layihəsindən sui-istifadə edir və aktivləri satır. Bizim bu haqda məlumatımız var. Lakin əvvəlki dövrə nisbətən bu hallarda kütləvi azalma var. Bu il isə bu hallar daha da azalacaq. Çünki bizim filiallarımızdan biri də qiymətləndirmə ilə bağlıdır. Bu filiallar həm qiymətləndirmə, həm nəzarət funksiyasını həyta keçirəcək”.
N. Muxtarlı deyib ki, neqativ hallarla bağlı mütləq qanuni prosedurlar həyata keçiriləcək:
“Bəzən vətəndaşlar fiikirləşir ki, bu aktivlərlə təmin edildikdən sonra onları sata və ya kiməsə verə bilərlər, ancaq bu belə deyil. Biz bu cür halları aşkarlayırıq. Nəzərə alınmalıdır ki, bu, dövlət əmlakıdır və bir il ərzində Dövlət Məşğulluq Agentliyinin balansında qalır. Bir il sonra isə vətəndaşın balansına keçir. Hədəfimiz odur ki, bir il vətəndaş aktivi özündə saxlasın və sonra da fəaliyyətini uğrula davam etdirsin” – o deyib. (Apa)