Pensiya, əməkhaqqı və sosial ödənişlərin paylanmasında bank seçimi üzrə sərbəstliyin təmin edilməsi layihəsi məcburi xarakter daşımır. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur.
Bu ilin sonuna qədər Azərbaycanda maaşı istənilən bankdan almaq mümkün ola bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş proqram təminatı mühəndisi, ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əməkhaqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası ani ödənişlər sistemi üzərindən reallaşacaq".
Bu, çox geniş bir layihədir, çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edilən tərəflər arasında daha müzakirələr aparılır. Bu danışıqlar layihənin istiqamətini bəlli edir.
Bir digər məqamda, artıq AÖS-ə inteqrasiya etmiş təşkilatlar bildiyi kimi, balk ödəniş – limitli balk ödənişlərin funksionallığı dəyişdiriləcək, yəni ki, bu limit həddi yuxarı qaldırılacaq. Əməkhaqqı layihəsi üzrə artıq bir əməliyyat daxilində 100-dən çox, ödənişlərin icrası reallaşacaqdır", - deyə o, əlavə edib.













