Beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2.8 milyon insan iş yerlərində baş verən bədbəxt hadisə və peşə xəstəlikləri səbəbindən həyatını itirir.
Anar Əliyev: "Ötən il istehsalatla baş verən 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
İşçi itkisinin rəqəmsal təsiri
“Bu, hər gün təqribən 7 500 insan itkisi deməkdir”, - deyə M.Musayev əlavə edib.
Əmək mühafizəsi və tarixi addımlar
O qeyd edib ki, əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisə olan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verib.
Kollektiv müqavilələrin Əhəmiyyəti
“O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrilib. Azərbaycan bu baxımdan müsbət nümunədir."
Azərbaycanın Nümunəsi və inkişafı
"Hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. Ötən il yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14% artıb." (Apa)