Azərbaycanda bir neçə gün ərzində 17 min toy məclisi qeydiyyatdan keçirilib.
Toyda iştirak üçün vaksin və ya immun sənədi olmalıdır - RƏSMİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda sırf şənlik mərasimlərinin qeydiyyatı üçün icazə.e-gov.az portalı istifadəyə verilib.
Qaydalara əsasən, şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır.
İstifadəçi sistemdə zalı seçməli, əməkdaşlarının qeydiyyatını aparmalıdır. Bu zaman əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır. Bu günə qədər sistemdə 17 mindən çox tədbir qeydiyyata alınıb.
F.Cəfərovun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir. Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır.