Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında orta aylıq əmək haqqında ən yüksək artım Ukraynada və Azərbaycanda qeydə alınıb.
Eləcə də bax: Bank işçilərinin əmək haqlarının müqayisəsi – MDB VƏ QƏRB ÖLKƏLƏRİ
FED.az xəbər verir ki, MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə görə, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında Ukraynada orta aylıq əmək haqqının nominal dəyəri 18,7%, Azərbaycanda isə 15,4% artıb.
Bundan başqa nominal orta aylıq əmək haqqı Belarusda 13,6%, Rusiyada 7,3%, Qazaxıstanda 14,6%, Tacikistanda 9,2%, Qırğızıstanda 5%, Ermənistanda isə 5,9% artıb.
Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2019-cu ilin yanvar-noyabr aylarında Rusiyada orta aylıq əmək haqqı 738 dollara (46 min 112 rubl) bərabər olub. Rusiyadan sonra, ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 513 dollar (1077 rubl) olub.
Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 366 dollar (623,1 manat) olub.
MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə orta aylıq əmək haqqı Qazaxıstnada 480 (181 min 881 tengə), Ermənistanda 374 dollara (178 min 885 dram), Qırğızıstanda 237 dollara (16 min 563 som), Ukraynada 424 dollara (10 min 340 qrivna), Tacikistanda isə 136 dollara (1324 somoni) bərabər olub.
Yeniavaz