Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərin may ayı üzrə birdəfəlik ödənişlə (190 manat) təminatına başladı.
Eləcə də bax: Sosial yardımın təyini üçün əmlakla bağlı məlumat - TƏLƏB OLUNACAQ
FED.az xəbər verir ki, nazirlik tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürüldü.
Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər.
Əgər kartını hələ almayıbsa, mesajda göstərilən bank filialına müraciət edərək kartını və kart vasitəsilə bankomatdan vəsaitini qəbul edəcək.
Hazırda birdəfəlik vəsaiti köçürülənlər aprelin 9-dan sonra ilk günlərdə aprel ayının ödənişini alanlardır.
Ödəniş prosesi ardıcıl davam edəcək.